Ukrayna qarşıdan gələn qışda Rusiyanın enerji obyektlərinə mümkün hücumlarına cavab verəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zzelenski Teleqram kanalında yazıb.
O bildirib ki, gündəlik müşavirədə texnikanın gəlməsi, cəbhədən məlumatlar və Rusiya son zərbələrinin nəticələri ilə bağlı məruzələr alıb:
“Biz enerji infrastrukturuna terror hücumlarına hazırlaşırıq. Bu il nəinki özümüzü müdafiə edəcəyik, həm də cavab verəcəyik. Düşmən bunu yaxşı bilir. Əvvəlcə donanmanı Krımdan çıxardılar, indi isə öz təyyarələrini sərhədlərimizdən daha uzağa aparırlar”.