Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstandan sonra gözlənilmədən Çexiyaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
Bildirilib ki, Ukrayna liderinin Çexiya Prezidenti Petr Pavel, baş naziri Petr Fiala və digər siyasətçilərlə görüşü gözlənilir.
Məlumata görə, Praqaya gələn hökumət təyyarəsini bir neçə Gripen qırıcısı müşayiət edib.