Zelenski geniş tərkibdə konfrans keçirəcək

Zelenski geniş tərkibdə konfrans keçirəcək

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 25-də hərbi-siyasi rəhbərliyin, baş nazirin və Ali Rada sədrinin iştirakı ilə konfrans keçirməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Sergey Nikiforov deyib.

Onun sözlərinə görə, xarici liderlərin fevralın 24-də Ukraynaya səfəri planlaşdırılır.

“Müəyyən səbəblərə görə, kim olacağını deyə bilmərəm, lakin biz gözləyirik ki, bu, yalnız simvolik dəstək səfərləri olmayacaq, həm də praktiki nəticələr verəcək”, – Nikiforov bildirib.

Onun sözlərinə görə, həmçinin Ukrayna və “Yeddilik” qrupunun iştirakı ilə onlayn görüş keçiriləcək.

Teqlər: