Ukrayna müdafiəçilərinin imkanları sübut etdi ki, Qara dənizdə rus işğalçıları üçün təhlükəsiz liman yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:
“Artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq. Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Bu, həm tərəfdaşlardan gələn tədarüklərdən, həm də daxili istehsalımızdan asılıdır”, – o bildirib.
Qeyd edək ki, martın 5-də Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub.