Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
AzerTimes xəbər verir ki, Ukrayna lideri bu barədə Tvitter səhifəsində yazıb.
“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”.
V.Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını bildirib.
Qeyd edək ki, dünən R.T.Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb.