Zelenski əks-hücum planını təsdiqləməyib – Danilov

Zelenski əks-hücum planını təsdiqləməyib – Danilov

Ukrayna ordusunun əks-hücumunun yekun planları, o cümlədən qoşunların irəliləməsinin vaxtı və istiqaməti hələ Ali Baş Komandan tərəfindən təsdiqlənməyib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Ali Baş Komandanın kabinetində əks-hücumun şərtləri və istiqamətləri barədə qərar veriləcək. İnanın ki, dünyada bizim planımız barədə dəqiq məlumatı olan yoxdur. Çünki yekun plan hələ təsdiq olunmayıb”, – Danilov bildirib.

Onun sözlərinə görə, hazırda əks-hücumun bir neçə variantı işlənib hazırlanır.

Teqlər: