Zelenski Dünya İqtisadi Forumunun açılışında çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Davosda Dünya
İqtisadi Forumunun açılışında çıxış edəcək.

Trend “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Forumun
spikeri Yann Tsolf bildirib.

“Hazırda dünya tarixi dönüş nöqtəsindədir və bu, bizdən mövcud
geoiqtisadi və geosiyasi problemləri dərhal və tez həll etməyi
tələb edir. Bu, Ukraynanın yüksək rütbəli nümayəndələri ilə
birlikdə hökumətdə, biznesdə və cəmiyyətdə vəziyyətin inkişafını
müzakirə etmək üçün vacib məqam olacaq”, – deyə Y.Tsolf
bildirib.

Spiker vurğulayıb ki, Ukraynadakı inkişaf “qlobal birlik olaraq
hamımıza” təsir edəcək.

Qeyd edək ki, Volodimir Zelenski mayın 23-də Forumun açılışında
videoformatda çıxış edəcək.

Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-26-da
İsveçrənin Davos şəhərində keçiriləcək.