Ukrayna Prezidenti Vladimir Zelenski Şimali Koreya qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətində artıq itki verdiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, bunu prezident Budapeştdə Avropa Siyasi Birliyinin sammitində iştirakından sonra keçirilən mətbuat konfransında deyib.
“Şimali Koreya ordusunun 11 min əsgəri hazırda Rusiya Federasiyasının ərazisində Ukrayna ilə sərhəd bölgəsindədir. 11 min – bu qoşunların bir hissəsi artıq Ukrayna hərbçilərinə qarşı döyüşlərdə iştirak edib. Bəli, artıq itkilər var. Bu faktdır”, – Zelenski bildirib.
Qeyd edək ki, daha öncə “Nyu York Tayms” da Kursk vilayətində cəbhəyə göndərilən Şimali Koreya qoşunlarının Ukrayna Müdafiə Qüvvələri ilə döyüşdə ilk itkilərini verdiyini yazıb.