Zelenski çiçəklənən Avropanı məhv etdi, bu addımı isə…

Zelenski çiçəklənən Avropanı məhv etdi, bu addımı isə…

Ukrayna Prezidenti Vladimir Zelenski Avropanın çiçəklənən bir hissəsini məhv edib və gec olmadan sülh danışıqlarına getməlidir.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin iqamətgahına hücumlar kimi addımlardan çəkinməlidir:

“Onsuz da Avropanın çiçəklənən bir hissəsini məhv edib, indi isə bunu tamamilə bitirə bilər. Bu yolla getməməlidir. Hələ gec deyilkən, razılaşmaq lazımdır”.

Lukaşenko həmçinin belə hücumların təsadüfi olmadığını bildirib:

“Prezidentə qarşı terror hücumu çox nadir hallarda baş verir və bu, böyük qüvvələrin razılığı olmadan mümkün deyil. Bu, təcrübədən məlumdur”.

Teqlər: