Bütün regional hərbi komissarları işdən çıxarırıq. Bu sistemi müharibənin nə olduğunu, müharibə zamanı sinizm və rüşvətin niyə xəyanət olduğunu bilən insanlar idarə etməlidir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Cəbhədən keçən və ya sağlamlığını, əzalarını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan döyüşçülərə bu sistemi etibar etmək olar. Bunu baş komandan Valeri Zalujnı həyata keçirməlidir”, – Zelenski bildirib.