Zelenski bundan qorxur, ona görə Brüsselə getdi

Zelenski bundan qorxur, ona görə Brüsselə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın diqqətinin İsrailə yönələ biləcəyindən qorxaraq, NATO ölkələri müdafiə nazirlərinin görüşünə şəxsən gedib.

AzerTimes xəbər verir ki, bu barədə “El Mundo” nəşri yazır.

“Çərşənbə axşamı Zelenski gözlənilmədən NATO müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə getdi”, – şərhdə bildirilib.

Nəşr qeyd edib ki, bu cür davranış son vaxtlar Kiyevi bürüyən həddindən artıq narahatlıqdan qaynaqlanır. Belə ki, problem ABŞ-dan gələn həyəcan siqnalları ilə əlaqədardır.

İlk növbədə, ukraynalılar Qəzza zolağında gözlənilən müharibənin təkcə medianın deyil, həm də dünyanın xarici siyasət qurumlarının, xüsusən ABŞ-ın diqqət mərkəzində olacağından qorxurlar.

Teqlər: