Zelenski buna görə Əliyevə təşəkkür etdi

Zelenski buna görə Əliyevə təşəkkür etdi

Prezident Vladimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.

AzerTimes xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bunun çox yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.

Teqlər: