Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova general-leytenant rütbəsi verib.
AzerTimes xəbər verir ki, bununla bağlı Ukrayna prezidenti fərman imzalayıb.
“Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanova general-leytenant hərbi rütbəsi verilsin”, – fərmanda qeyd olunub.