Ukrayna Belarusa hücuma etməyi planlaşdırmır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynanın rəsmi şəkildə təklif etdiyi hər şeyi eşitmisiniz. Bir daha təsdiqləyə bilərəm: Belarusa hücuma hazırlaşmırıq”, – deyə Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kiyev Minskə qarşılıqlı şəkildə hücum etməmək barədə pakt imzalamağı təklif edib.