Zelenski bu ölkənin ən ali ordeni ilə təltif olundu

Zelenski bu ölkənin ən ali ordeni ilə təltif olundu

Litva Prezidenti Gitanas Nauseda Ukrayna Ali Radasında Prezident Vladimir Zelenskini ölkənin ali mükafatı olan “Böyük Vitautas” ordeni ilə təltif edib.

AzerTimes xəbər verir ki, buu barədə deputatı Aleksey Qonçarenko Teleqram hesabında yazıb.

Litva Respublikasının ən yüksək mükafatı sayılan “Böyük Vitautas” ordeni 1930-cu ildə Böyük Litva knyazı Vitautasın şərəfinə təsis edilib.

Qeyd edək ki, Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Dövlətçilik Günü ilə əlaqədar Kiyevə gəlib.

Teqlər: