Zelenski bu gün də Trampla danışdı

Zelenski bu gün də Trampla danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında bu gün də telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb.

“Elə indicə ABŞ Prezidenti Donald Trampla danışdım. Artıq iki gün ərzində ikinci söhbətimizdir. Bu gün də məhsuldar görüş oldu”, – deyə Zelenski bildirib.

O, amerikalı həmkarı ilə Ukraynanın hərbi ehtiyacları və energetika məsələlərini müzakirə etdiyini qeyd edib.

Teqlər: