Ukrayna lideri Vladimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin azalmasından şikayətlənib.
AzerTimes xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Zelenski bildirib ki, Rusiya xüsusi hərbi əməliyyata başlayandan sonra London yardım məsələlərində birinci yeri tutub:
“Britaniya real liderlik nümayiş etdirirdi. Həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə. Bu, minlərlə insanımızı xilas etdi. Amma indi, təəssüf ki, vəziyyət dəyişib, yardım səngiyib”.