Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlarla bağlı sözləri Qərb ictimaiyyətinin oyunudur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.
“Bu yolla Zelenski münaqişənin sülh yolu ilə həllinə çalışdığını göstərmək və Rusiyanı ikinci “sülh sammitinə” gəlməkdən imtina etməyə məcbur etmək istəyir. Zelenskinin başqa yolu yoxdur, o, tezliklə hakimiyyətə gələcək Trampın Kiyev rejiminin oksigenini tamamilə kəsəcəyini yaxşı anlayır”, – deputat bildirib.