Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Belarusdakı səfiri İqor Kizimi vəzifəsindən azad edib.
AzerTimes xəbər verir ki, Ukrayna lideri bununla bağlı müvafiq sərəncam imzalayıb.
“Kizim İqor Yuryeviç Ukraynanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
Qeyd edək ki, İ.Kizim 2017-ci ildən Belarusa səfir təyin edilmişdi.