Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden
telefon danışığı zamanı təhlükəsizlik məsələlərini və Rusiyaya
qarşı sanksiyaların uzadılmasını müzakirə ediblər.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna prezidenti öz “Twitter”
səhifəsində yazıb.
“Daimi dialoq çərçivəsində ABŞ prezidenti Co Baydenlə növbəti
danışıqlar apardım. Gündəliyə təhlükəsizlik, Ukraynaya maliyyə
dəstəyi və Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin davam
etdirilməsi məsələləri daxil olub”, – deyə qeyd olunub.