Zelenski Baş Qərargahın növbəti iclasını keçirdi

Zelenski Baş Qərargahın növbəti iclasını keçirdi

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.

AzerTimes xəbər verir ki, iclasda cəbhədəki vəziyyət və Ukrayna Hərbi Hava Qüvvələrinin yeni təyyarələrə keçidi müzakirə edilib.

İclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi avadanlıqlarla təmin olunması ilə bağlı məsələlərə maksimum diqqət yetiriblər.

İclasda müzakirə olunan mövzulardan biri də Ukrayna qoşunlarının perspektivli təyyarə növlərinə keçid proqramının hazırlanması olub.

Teqlər: