Ukrayna Prezidenti Vladimir Zelenski qış ərəfəsində enerji sektoruna göstərilən köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə axşam videomüraciətində deyib.
“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qışdan əvvəl Prezident Əliyevlə razılaşdığımız kimi, bizim enerji sektorumuza lazımi köməklik var. Başa düşürük ki, bu qışda çətinliklər əvvəlkindən az olmaya bilər.Biz hazırlaşırıq. Ukraynaya, xalqımıza, enerji sektorumuza dəstək çox vacibdir”, – Zelenski bildirib.