Ukrayna Prezidenti Vladimir Zelenski Qərbi Avropaya bir sıra səfərlər etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, o, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında iştirak etmək istəyir. Adının açıqlanmasını istəməyən mənbə isə Zelenskinin bu səfər çərçivəsində Paris və Berlinə səfər edəcəyini deyib.
Mənbələrdən biri qeyd edib ki, ümumavropa turu zamanı (15-18 fevral) Ukrayna Prezidenti böyük ehtimalla əsasən təhlükəsizlik təminatı ilə bağlı danışıqlar aparacaq.