Ukrayna Prezidenti VOlodimir Zelenski Avropa İttifaqından
Ukraynanın qəbulu məsələsində gecikməməyi xahiş edib.
Bu barədə Trend “Ukrinform”a istinadən xəbər verir.
“İndi biz Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşırıq.
Nəhayət. Burada sizdən xahiş edirəm – gecikməyin. Xahiş edirəm.
Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki,
kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Ən
azından bunun üçün hər şeyiniz var. Bizim isə bunun üçün şansımız
var.
Litva bizi dəstəkləyir. Latviya bizi dəstəkləyir. Estoniya bizi
dəstəkləyir. Polşa bizi dəstəkləyir. Fransa – Emmanuel, həqiqətən
inanıram ki, siz bizim tərəfimizi tutacaqsınız. <…> İtaliya
– dəstəyinizə görə təşəkkür edirik! İspaniya – dil tapacağıq.
Belçika – arqumentlər tapacağıq. Avstriya – ukraynalılarla birlikdə
olmaq sizin üçün fürsətdir. Mən buna əminəm. <…>
Macarıstan… Mən burada dayanıb səmimi olmaq istəyirəm.
Birdəfəlik. Kim olduğunuza özünüz qərar verməlisiniz. Siz suveren
dövlətsiniz. <…> Biz sizə inanırıq. Bizim dəstəyə
ehtiyacımız var. Biz Macarıstan xalqına inanırıq. Biz Avropa
İttifaqına inanırıq. Və inanırıq ki, həlledici anda Almaniya da
bizimlə olacaq”, – deyə V.Zelenski bildirib.