Zelenski Almaniya parlamenti qarşısında çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya parlamenti
qarşısında çıxış edəcək.

AzerTimes-ın məlumatına görə, V.Zelenski bu barədə videomüraciətində
deyib.

Ukrayna Prezidenti qeyd edib ki, gün ərzində Ukraynanın
tərəfdaşları və dostları ilə danışıqlar aparıb.

O, Ukraynaya daha çox dəstək, Rusiyaya daha çox təzyiq üçün
mübarizəni davam etdirəcəyini vurğulayıb.

Rusiya ilə danışıqları şərh edən V.Zelenski təmasların davam
etdiyini bildirib: “Bizim üçün sülh naminə Ukrayna nümayəndə heyəti
Rusiya nümayəndə heyəti ilə danışır. Mən istəyirəm ki, bütün
vətəndaşlarımız, Ukrayna vətəndaşları indi məni eşitsinlər:
danışıqlar davam edir, Ukrayna naminə danışıqlar”.