Ukraynanın birinci xanımı Yelena Zelenskaya övladlarının hazırda Kiyevdə yaşadıqlarını deyib.
AzerTimes xəbər verir ki, Zelenskaya bu barədə İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib.
O, uşaqlarının təhlükəsizliyinə görə, bütün təfərrüatı açıqlaya bilməyəcəyini deyib.
Onun sözlərinə görə, mütəmadi olaraq işgüzar səfərlərə, o cümlədən xarici səfərlərə getsə də, övladları həmişə Kiyevdə qalır.
Zelenskaya bildirib ki, əri ilə ayrı yaşamağa davam etsələr də, bir-biri ilə görüşüb vaxt keçirə bilirlər.