Ukrayna heç vaxt dondurulmuş münaqişə ilə razılaşmayacaq və qoşunları Ukraynada olduğu müddətdə Rusiya ilə danışıqlar aparmayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiyanın qoşunları ölkəmizdə olduğu müddətcə orada prezidentin kim olmasından asılı olmayaraq, biz heç vaxt danışıqlar masası arxasına əyləşməyəcəyik”, – deyə o bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasından əvvəl başlayan danışıqlar prosesi münaqişəni dondurulmuş statusa, gələcəkdə isə yeni böyük müharibəyə çevirəcək.
“Əks-hücumda harada irəliləməmizdən asılı olmayaraq, biz dondurulmuş münaqişə ilə razılaşmayacağıq. Mən xalqın nə ilə nəfəs aldığını bilirəm. Ukraynalılar ikinci dəfə dondurulmuş münaqişə ilə razılaşmayacaqlar. Bu, tələdir”, – prezident deyib.