Prezident seçkilərindən sonra ABŞ Kiyevə dəstəyi dayandırarsa, Avropa Birliyi (AB) məsuliyyəti öz üzərinə götürəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, AB-də ABŞ-ın siyasi vektorunun dəyişəcəyi təqdirdə ehtiyat plan barədə danışıblar:
“Hər kəs ABŞ-da seçkilərin necə başa çatacağından narahatdır və dünən Avropa Birliyinin əsas liderlərinin bu barədə deməsi çox xoş idi: Biz B planını nəzərdə saxlamalıyıq, misal üçün, ABŞ siyasi istiqamətini dəyişərsə, biz məsuliyyəti öz üzərimizə götürməyə hazır olmalıyıq”.