Zelenski ABŞ prezidenti Co Baydenə Ukraynaya yeni və effektiv dəstəyə görə təşəkkür edib

Ukrayna prezidenti Vladimir Zelenski yeni və effektiv dəstəyə
görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.

Trend “Ukrinform”-a istinadən xəbər verir ki, Ukrayna dövlət
başçısının rəsmi “Facebook” səhifəsində yerləşdirilmiş müraciətdə
vurğulanır ki, bu və ya başqa dəstək paketlərinin bütün
təfərrüatları hazırda açıqlanmamalıdır.

“Çünki bu, bizim taktikamızdır, müdafiəmizdir. Bu, bizə öüzümüzü
müdafiə etməyə imkan verir. Müharibə davam edərkən müdafiə
taktikasını ortaya qoymağın vaxtı deyil”, – V. Zelenski
bildirib.

Bundan əlavə, o, dünya ölkələrinin liderləri ilə danışıqları
davam etdirdiyini vurğulayıb. Xüsusən də Fransa prezidenti Emmanuel
Makronla söhbət zamanı sülhə doğru addımların koordinasiyası
müzakirə olunduğu qeyd edilir.

Vladimir Zelenski, həmçinin müharibəni dayandırmaq üçün lazım
olana qədər tərəfdaş ölkələrin parlamentləri qarşısında çıxışlarını
davam etdirəcəyini bəyan edib.

Teqlər: