Kiyev və Vaşinqton nümayəndələri yaxın on il üçün Ukraynaya hərbi və maliyyə dəstəyinin həcmi ilə bağlı danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna və ABŞ ikitərəfli təhlükəsizlik sazişi üzərində işləyir.
“Biz bu il və növbəti on il üçün xüsusi dəstək səviyyələrini təyin etmək üçün çalışırıq”, – deyə Zelenski qeyd edib.
Dövlət başçısı qeyd edib ki, söhbət hərbi, maliyyə və siyasi dəstəkdən, eləcə də birgə silah istehsalından gedir.