Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin binasına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə ABC Nyus məlumat yayıb.
Ukrayna prezidentini Demokratlar Partiyasının lideri Çak Şumer və respublikaçı azlığın lideri Mitç Makkonnel qarşılayıb. Zelenski ilk görüşünü senatorlarla keçirəcək.
Zelenskinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub.
Bundan əlavə, Zelenski daha sonra ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Ağ Evə gələcək. Ukrayna və ABŞ liderləri birgə mətbuat konfransında çıxış edəcəklər.