Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı diplomat, alim və siyasətçi Henri Kissincerlə görüşüb.
AzerTimes xəbər verir ki bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, görüşdə özü də iştirak edib:
“Kissincerin Rusiya ilə müharibədəki hazırkı vəziyyətini xarakterizə edən çoxlu uyğun sitatlar var. Kissincer hazırda NATO-da Ukraynanın lobbiçilərindən biridir. O qeyd edib ki, bu müharibədən əvvəl Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idi, çünki indi gördüyümüz prosesin başlayacağından qorxub. İndi proses belə bir səviyyəyə çatdığından neytral Ukrayna ideyası belə şəraitdə mənasızdır”.