ABŞ-ın vitse-prezidenti Kamala Harris gələn həftə Vaşinqtonda Ukrayna lideri Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Zelenski ABŞ-a səfəri zamanı Ukraynanın NATO və AB-yə üzvlüyünü təkid edəcək.
Bildirilib ki, Zelenski öz qələbə planı çərçivəsində iqtisadiyyat və təhlükəsizliklə bağlı sazişlər bağlayacaq, həmçinin Ukrayna ordusu üçün silah təchizatını müzakirə edəcək.
Onun öz planını Kamala Harris və Donald Trampla da bölüşməyi planlaşdırdığı qeyd olunub.