Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər edəcəyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, dövlət başçısı bu barədə Tvitterdə yazıb.
O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir:
“İkitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”.
Qeyd edək ki, V.Zelenski bu gün amerikalı həmkarı Co Baydenlə görüşəcək.