Vladimir Zelenski ilə Vladimir Putin arasında görüş üçün ilk növbədə danışıqlar prosesinin bərpası lazımdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Zelenski görüş xatirinə görüş istəyir. O deyir ki, görüşə yalnız rus qoşunlarının 24 fevrala qədər olan təmas xəttinə çəkiləcəyi təqdirdə gələcək. Amma bu, qeyri-ciddi gedişdir, həm də Ukrayna nümayəndə heyətinin 29 martda İstanbulda irəli sürdüyü təşəbbüslərə tam ziddir”, – Lavrov bildirib.