Ukraynanın əlavə qaza ehtiyacı var.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski G7 ölkələrinə müraciətində deyib.
“Mən sizləri qaz probleminə görə, Ukraynaya yardımları artırmağa çağırıram. Elektrik stansiyalarına hücum bizi planlaşdırılandan daha çox qaz istifadə etməyə məcbur etdi.Ona görə də məhz bu qış əlavə qaza ehtiyac duyuruq”, – deyə dövlət başçısı bildirib.
Zelenski əlavə 2 milyard kubmetr qaz istədiyini açıqlayıb.