Zelenskayadan şok: Arvadları rus hərbçilərinə deyir ki…

Zelenskayadan şok: Arvadları rus hərbçilərinə deyir ki…

Seksual cinayətlər təkcə zorakılıq və ya insanları təhdid etməklə bağlı deyil, bu, arsenallarındakı başqa bir silahdır. Ona görə də bunları müharibə cinayətləri kimi tanımaq və bütün günahkarları ədalət qarşısında mühakimə etmək çox vacibdir. Cinsi cinayətlər sistemli şəkildə həyata keçirilir və rus əsgərləri bu barədə qohumları ilə telefonla danışırlar.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.

Zelenskaya dinlənilən telefon danışıqlarında rus hərbçilərinin arvadlarının onları zorlamaya təhrik etdiklərini iddia edib:

“Öz həyat yoldaşlarına deyirlər ki, “ukraynalı qadınları zorla, amma bunu mənimlə bölüşmə”. Ümid edirəm ki, hazırda Ukraynada baş verən hər şeyə azad dünyadan cavab olacaq”.

Teqlər: