Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? – Yazıçı

Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? – Yazıçı

Evinə halal-hümmət bir loxma çörək apardıqları hər gün bayramdır elə. Bizi Novruz bayramı, Yeni il bayramı kimi həm də müstəqillik günləri (həm cümhuriyyət vaxtı, həm indiki), şəhər və rayonlarımızın işğaldan azad olunduqları gün, həmrəylik günü kimi bütün vətəni əhatə edən günlər birləşdirə bilər, hər hansı siyasi ideologiyanın bayramı deyil.

Bu sözləri AzerTimes-a yazıçı Şərif Ağayar dünyanın bir çox ölkələrində qeyd olunan 1 May Beynəlxalq Zəhmətkeşlər Günü ilə bağlı açıqlamasında deyib.

“Məncə, bayramlar dövlətin ideoloji xəttinə uyğun olmalıdır. Biz liberal-demokratik respublika qurmaq yolunu tutmuşuq, ona görə sosialist düşüncəni əks etdirən bayramı ölkə miqyasında qeyd etmək düzgün deyil. Kim istəyirsə, edə bilər, lakin bunu hamıya şamil etmək olmaz. 1 may bizim üçün ümummilli təqvim deyil. İndi zəhmətkeşlik də həyatımızın leytmotivini təşkil etmir. Çünki bütün zəhmətkeşlər özü üçün çalışır, dövlət üçün yox. Hətta mənə görə dini bayramlar da ümumvətən xarakterli deyil. Çünki Azərbaycanda müsəlman olmayan xalqlar, ateistlər, deistlər də yaşayır”, – Ağayar bildirib.

Teqlər: