Trend BİA “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışını təqdim edir.
AzerTimes-ın suallarını yeni fəaliyyətə başlamış Qarabağa Dönüş İctimai Birliyinin rəhbəri, Milli Məclisin Xankəndidən olan deputatı Tural Gəncəliyev cavablandırıb.
Müsahibə zamanı Azərbaycanın möhtəşəm Zəfərindən sonra Dağlıq Qarabağ adlı ayrıca ərazi vahidinin qalmaması və bu səbəbdən də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətinə ehtiyac olmadığı vurğulanıb. Həmçinin, fəaliyyətini uğurla başa çatdıran əvvəlki icmanın əvəzində Qarabağa Dönüş İctimai Birliyinin yaradılması, qurumun gələcək fəaliyyəti, Böyük Qayıdışa veriləcək töhfə, Qarabağa öz sahiblərinin qayıtması istiqamətində atılacaq addımlar və bu istiqamətdə digər məqamlar müzakirə edilib. Videolayihəni təqdim edirik.