Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
“AAYDA sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir”, – deyə məlumatda qeyd edilib.