Xəbər - Humay Ağacanova – Trend:
İşğaldan azad olunmuş ərazilərə səfər edərkən Zəfər Yolu boyunca erməni vandalizminin şahidi olduq.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkman mətbuat konfransı zamanı deyib.
O bildirib ki, səfər zamanı, eyni zamanda, Azərbaycanın qısa müddətdə gördüyü bərpa və quruculuq işlərinin şahidi olublar.
“Şuşaya getdik, şəhəri əvvəlki vəziyyətinə qaytarmaq üçün çox işlər görülüb. Bu, bizi heyran etdi. Biz gördük ki, yol boyunca evlər dağıdılıb, orada əvvələr azərbaycanlılar yaşayıb, hansılar ki, oradan didərgin düşüblər. Onların mülkləri dağıdılıb. İşğal dövründə heç bir quruculuq işləri aparılmayıb. Bu dağıntılar uzunmüddətli işğal müddətində baş verib. Eyni zamanda, gördük ki, son müharibə zamanı Azərbaycan tərəfi yalnız hərbi obyektləri hədəf alıb. Bakıya qayıdarkən Füzulidəki yeni hava limanından istifadə etdik. 8 ayda beynəlxalq hava limanı tikmək hər ölkəyə xas deyil. Düşünürəm ki, Britaniya üçün də bu təcrübə nümunə olacaq. Azərbaycan xalqını işğal olunmuş arazilərin azad olunması münasibəti ilə təbrik edirəm. Britaniyanın Azərbaycanla münasibətləri, əməkdaşlığı bundan sonra da inkişaf edəcək” deyə, B.Bləkman qeyd edib.