Xəbər - Humay Ağacanova – Trend:
“Zəfər” yarmarkasında təqdim olunan silahlar və texnikalar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən istifadə olunub
Trend-in məlumatına görə, bunu Yaşat fondunun rəhbəri Elvin Hüseynov “Zəfər” yarmarkasında jurnaslistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sərgi boyunca müxtəlif şirkətlər öz məhsullarını təqdim edəcəklər: “Yarmarkada, həmçinin Müdafiə nazirliyi tərəfindən kiçik hərbi şəhərcik yaradılıb. Məhz burada təqdim olunan silahları və texnikaları 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu torpaqlarımızın, yaşayış məntəqələrimizin işğaldan azad edilməsində istifadə edib”.
Qeyd edək ki, bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası fəaliyyətə başlayıb. “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.
Yarmarka 29 oktyabr – 9 noyabr tarixini əhatə edəcək.