Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının çox
böyük tarixi və siyasi əhəmiyyəti var.
Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə
Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi,
“Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran
vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan
diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili
planlaşdırılır. Qurultay zamanı Qətnamənin qəbul ediləcəyi, eləcə
də Ermənistanın işğal dövründə torpaqlarımızda törətdiyi ekoloji
terror və maddi-mədəniyyət abidələrinin dağıdılması ilə bağlı
beynəlxalq təşkilatlara müraciəti də gözlənilir.
AzerTimes-ın məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycan diasporunun təşkilatlanması,
Zəfər Qurultayının siyasi-ideoloji əhəmiyyəti” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– siyasi şərhçilər Çingiz Qənizadə, Mahir Qurbanov və Nağı Əhmədov
mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: