Zəfər günündə orduya dəstək adı ilə şirkətlərdən pul tələb edənlər saxlanılıb (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Teqlər: