Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya 12 mindən çox şəxsə tətbiq edilib

Xəbər - Samir Əli – Trend:

Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının
icrasının davam etdiyi, ədliyyə orqanları və məhkəmələr tərəfindən
bu günədək artıq 12 300-dən çox şəxsə tətbiq edilib.

AzerTimes xəbər verir
ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında
bildirilib.

Amnistiyanın tətbiqi nəticəsində 8 100-ə yaxın şəxs ayrı-ayrı
cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə
cəzasından azad edilib, 3 400-dən çoxunun isə cəza müddəti
azaldılıb.

Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə
yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan
azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində
isə cinayət təqibinə xitam verilib.

Teqlər: