Zəfər Günü ilə bağlı Amnistiya Aktının indiyə qədər şamil olunduğu məhkumların sayı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

Amnistiya Aktının imzalandığı gündən 1 gün sonra, yəni 6 noyabr tarixində Penitensiar Xidmətin üzrə 36 nəfər məhkum azadlığa buraxılıb.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.

Teqlər: