akı. Samir Əli – Trend:
“8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi
haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə
05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar
daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu
yaradılıb.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat
konfransında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə
əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, ötən müddətdə 15 belə şikayət daxil olmuş, onlardan
14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilmişdir (cəmi
19 məhkum barəsində).
“Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən
Monitorinq qrupuna göndərilmiş, 1-i prokurorluğun “Qaynar
xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə
Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən
məzurə edilmişdir.
Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə
əlaqədar olmuşdur.
Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən
edilmiş, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə
düşməyən məhkumlar barəsində, 4-si zərərçəkmiş şəxslərin
şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum
barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın
tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i
üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı
tədbir görülmüşdür (məhkumlar barəsində mərhələləli şəkildə
tədbirlərin görülməsi və həmin şəxslərin amnisitiya aktının
tətbiqindən sonra cəzası azalsa da, 1 ildən çox həbsdə qalacağı
nəzərə alınmışdır).
Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular (məhkumun
məcburi müalicəsi ilə bağlı səhiyyə qurumuna davamlı müraciət
edilməməsi və amnistiyanın tətbiqi ilə bağlı şikayətdən sonra
müraciət olunması) Ağsu rayon icra və probasiya şöbəsinin probasiya
üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin
diqqətinə çatdırılıb”,-deyə A. Sabitova bildirib.