Zaxarovaya görə rus səfir XİN-ə çağırıldı

Zaxarovaya görə rus səfir XİN-ə çağırıldı

Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çunq Byonq Von Rusiyanın Koreyadakı səfiri Georgi Zinovyevi 3 fevralda XİN-ə dəvət edib və Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dövlət başçısının bəyanatları ilə bağlı son şərhinə kəskin etiraz edib.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazir müavini Rusiyanın həqiqətə məhəl qoymamasının və qeyd-şərtsiz Şimali Koreyanı müdafiə etməsinin təəssüf doğurduğunu, eyni zamanda ölkə liderinin sözlərini son dərəcə kobud şəkildə tənqid etdiyini xatırladıb və bunun Koreya-Rusiya münasibətlərini daha da pisləşdirəcəyini vurğulayıb”, – bəyanatda deyilib.

Qeyd edək ki, Mariya Zaxarova Cənubi Koreya Prezidenti Yun Suk Yeolun Şimali Koreyanı dünyada qabaqlayıcı nüvə zərbəsi endirmək imkanını qanuniləşdirən yeganə ölkə adlandırmasına qarşı çıxıb və bu bəyanatı Şimali Koreyaya qarşı aqressiv planlarını ört-basdır etmək cəhdi adlandırıb.

Teqlər: