Zaxarovanın İrandan mesajı: hicab yox, Süleymani… – Foto

Zaxarovanın İrandan mesajı: hicab yox, Süleymani… – Foto

Rusiya XİN sözçüsünün İran Xarici İşlər Nazirliyinin binasından yaydığı fotosu daha çox hicablı olması və yaxud hicaba uyğun geyim tərzi nümayiş etdirməməsi baxımından sosial şəbəkələrdə hallanır.

AzerTimes xəbər verir ki, əslində Mariya Zaxarovanın yaydığı bu fotonun siyasi-sosial mesajı tamamilə fərqlidir.

M.Zaxarova İran XİN-in binasında məhz Qasım Süleymaninin fotosu altında dayanaraq şəkil çəkdirib və onu yayıb.

Qüds briqadasının komandanı olan general Qasım Süleymani İranın xarici gizli əlaqələrində müstəsna rol oynayan fiqur kimi tanınırdı. Q.Süleymaninin dəfələrlə gizli şəkildə Rusiyaya getdiyi və məxfi görüşlər keçirdiyi, Rusiyanın Yaxın Şərq siyasəti ilə İranın siyasətini əlaqələndirdiyi barədə iddialar çoxsaylıdır. Hətta regional münaqişələrdə Rusiyanın və İranın kəsişən maraqlarının təmin edilməsinin də Qasım Süleymaniyə tapşırıldığı haqda məlumatlar gəzirdi. Təsadüfü deyil ki, Qasım Süleymani 1990-cı illərdə Qarabağın işğal olunması ərəfəsində dəfələrlə erməni və rus əsgərləri ilə Qarabağda görüntülənmişdi.

Qasım Süleymani məhz ABŞ-ın aviazərbəsi ilə 2020-ci ilin 3 yanvarında Bağdadda qətlə yetirilmişdi. Bu fakt da hazırda ABŞ ilə ciddi siyasi qarşıdurmada olan Rusiyanın maraq dairəsindədir.

Teqlər: