ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakla bağlı etirafı əlavə təhlil tələb edir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Belə yüksək vəzifələrdə çalışan və ABŞ-ın xarici siyasətinə bilavasitə cavabdeh olan bir adamın başqa ölkələrdə çevrilişlər planlaşdırdığını birbaşa deyəcəyini təsəvvür etməzdim. Həm də elə bir şəkildə ki, uzun illər hakimiyyətdə olan bir şəxs kimi onun öz təbirincə desək, tamamilə həyasızcasına xaricdə dövlət çevrilişləri planlaşdırmaqla məşğul olduğunu kiminsə söylədiyini xatırlamıram. ABŞ-ın dünyanın daha hansı bölgələrində dövlət çevrilişi planlaşdırdığını bilmək vacibdir”, – Zaxarova əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Tramp tərəfdarlarının Kapitola hücumunu şərh edərkən Bolton “Digər ölkələrdə dövlət çevrilişinin planlaşdırılmasına kömək etmiş bir şəxs kimi demək istəyirəm ki…” ifadəsini işlədib.